Ana Sayfa > Karusel / Səhiyyə > Rusiyada koronavirusa yoluxanların sayı 10 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 10 mini ötdü


9-04-2020, 14:19. Yazar: sevinc1
Rusiyada koronavirusa yoluxanların sayı 10 mini ötdü





Rusiyada son 24 saatda daha 1459 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə yoluxanların ümumi sayı 10,131-ə çatıb.

Aia.az xəbər verir ki, bu barədə Rusiya hökümətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama verib: “Bu günə qədər Rusiyada 81 bölgədə 10,131 (+ 16,8%) yoluxma faktı qeydə alınıb”.

Həmçinin qeyd olunub ki, ümumilikdə 76 nəfər xəstəlik səbəbindən həyatını itirib. 698 pasiyent isə xəstəlikdən sağalaraq evə buraxılıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa 1,521,933 insan yoluxub, 88,656 nəfər vəfat edib.
Geri dön