Ana Sayfa > Manşet > İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə
İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə8-04-2020, 11:58. Yazar: sevinc1 |
İqtisadiyyat Nazirliyi sahibkarlar tərəfindən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi hallarına münasibət bildirib. Aia.az xəbər verir ki, bu barədə nazir müavini Sahib Məmmədov İctimai TV-nin efirində qonaq olan zaman danışıb. Bildirib ki, iqtisadi dəstək tədbirləri ilk növbədə öz işlərini şəffaf qurmuş, indiyə kimi vergi öhdəliklərini yerinə yetirmiş, əmək münasibətlərini leqallaşdırılmış sahibkarlara şamil olunacaq: “Təbii ki, bu istiqamətdə sahibkarlar öz məsuliyyətlərini artırmalıdır. İşçilərini ixtisar etməməli, əmək haqlarını ödəməlidir, hətta işçi məzuniyyətdədirsə belə onların əmək haqqı ödənilməlidir. Nazirliyin 195-2 nömrəli “qaynar xətt”i mövcuddur, şirkət əməkdaşları hər hansı qanunsuzluq, hüquqlarının pozulma halı gördükdə bu nömrə ilə əlaqə saxlaya bilər. Bu zaman şikayət əsasında məsələ aydınlaşdırılacaq”. Geri dön |