Ana Sayfa > Səhiyyə / Dünya > Gürcüstanda 188 nəfər koronavirusa yoluxub

Gürcüstanda 188 nəfər koronavirusa yoluxub


6-04-2020, 11:16. Yazar: sevinc1
Gürcüstanda 188 nəfər koronavirusa yoluxub





Gürcüstanda koronavirusa yoluxanların sayı 188-ə çatıb.

Aia.az-ın “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, ölkədə 2 nəfər COVİD-19-a yoluxma nəticəsində vəfat edib.

Hazırda 5,056 nəfər karantində saxlanılır, 386 nəfər isə həkim nəzarəti altındadır. 36 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Gürcüstanda martın 31-dən etibarən ölkə daxilində ümumi karantin rejimi elan edilib.
Geri dön