Ana Sayfa > Ölkə > Bakıdakı yanğında qadın balkondan yıxılıb öldü

Bakıdakı yanğında qadın balkondan yıxılıb öldü


6-04-2020, 11:14. Yazar: sevinc1
Bakıdakı yanğında qadın balkondan yıxılıb öldü





Bakıda yaşayış binasında baş verən yanğın zamanı bir nəfər vəfat edib.

Aia.az-ın verdiyi xəbərə görə, aprelin 5-də Xətai rayonu, S. Vəzirov küçəsi 17 ünvanında yerləşən binada qısa qapanmadan yanğın başlayıb.

Nəticədə 11 saylı mənzil tamamilə yanıb, həmin evdə yaşayan 1955-ci il təvəllüdlü Leyla Manafova sürüşərək balkondan yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən vəfat edib.

Onunla eyni ünvanda yaşayan əri, 1953-cü il təvəllüdlü Nazim Manafov isə xilasedicilər tərəfindən mənzildən çıxarılıb və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön