Ana Sayfa > Səhiyyə > Almaniyada yoluxma sayı 100 mini ötdü

Almaniyada yoluxma sayı 100 mini ötdü


6-04-2020, 11:09. Yazar: sevinc1
Almaniyada yoluxma sayı 100 mini ötdü




Almaniyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 100 123-ə çatıb.

Aia.az xəbər verir ki, bu barədə Almaniyanın Robert Kox İnstitutu açıqlama yayıb. Son 24 saat ərzində ölkədə 3677 yeni yoluxma faktı aşkar edilib, 92 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1584-ə çatıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 1,274,346-a çatıb.
Geri dön