Ana Sayfa > İdman > Karantin qaydalarını pozan futbolçu həbs edildi

Karantin qaydalarını pozan futbolçu həbs edildi


6-04-2020, 11:03. Yazar: sevinc1
Karantin qaydalarını pozan futbolçu həbs edildi






Serbiya polisi Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun futbolçusu Aleksandar Priyoviçi həbs edib. Aia.az xəbər verir ki, buna səbəb futbolçunun karantin qaydalarını pozması olub.

Belə ki, forvard 17:00-dan səhər saat 5:00-a qədər ölkədə komendat saatı elan olunmasına baxmayaraq restorana gedib.

Hücumçu dostları ilə birlikdə spirtli içki qəbul edib. Bu qaydaları pozanlara 3 illik həbs cəzası verilsə də, Priyoviçi 3 aylıq həbs cəzası ilə canını qurtarıb.
Geri dön