Ana Sayfa > Media > Zoparkdakı pələng də koronavirusa yoluxdu - FOTO

Zoparkdakı pələng də koronavirusa yoluxdu - FOTO


6-04-2020, 10:54. Yazar: sevinc1
Zoparkdakı pələng də koronavirusa yoluxdu - FOTO





60 mindən çox insanın ölümünə səbəb olan yeni növ koronavirus heyvanlara da yoluxmağa başlayıb.

Aia.Az haberler-ə istinadla xəbər verir ki, Nyu-Yorkdakı "Bronx" heyvanxanasında saxlanılan Nadia adlı pələngdə də koronavirus aşkarlanıb.

Həmin heyvanla eyni qəfəsdə saxlanılan digər pələnglərdə də virusun əlamətləri özünü göstərib.

Deyilənə görə, virus pələngə onu yemləyən şəxsdən yoluxub.

Qeyd edək ki, bir neçə gün əvvəl Honkonqda ev pişiyi koronavirusa yoluxub.
Geri dön