Ana Sayfa > Gündəm / Media > Skype-da virusa görə bu addım atıldı

Skype-da virusa görə bu addım atıldı


5-04-2020, 19:56. Yazar: sevinc1
Skype-da virusa görə bu addım atıldı




Koronavirusa yoluxma hallarının qarşısını almaq üçün karantin elan olunması görüntülü zəng funksiyası daşıyan platformaları əhatə dairələrini genişləndirməyə məcbur edib. Skype də bir sıra yeniliklər tətbiq edəcəyini açıqlayıb.

Aia.Az ted.az-a istinadən bildirir ki, Skype rəsmiləri açıqlamalarında pandemiyadan sonra istifadəçi sayının 40 milyona çatdığını bildiriblər. Onların sözlərinə görə, bu, Skype istifadəçilərinin sayında ay ərzində 70% artım deməkdir. Danışıq dəqiqələrinin də artdığı bildirilir. Skype Meet Now adlı yeniliyini də tətbiq edib. Yeniliyə görə, izləyicilər qeydiyyatdan keçmədən də Skype istifadə edə bilərlər.

Xatırladaq ki, Microsoft şirkəti Skype-ı 2011-ci ildə 8,5 milyard dollara satın alıb.
Geri dön