Ana Sayfa > Media > Apple məşhur tətbiqi satın aldı

Apple məşhur tətbiqi satın aldı


5-04-2020, 19:42. Yazar: sevinc1
Apple məşhur tətbiqi satın aldı





Apple şirkətinin atdığı addım Android istifadəçilərinin hava haqqında məlumat almasını müəyyən qədər məhdudlaşdıracaq.

Aia.Az ted.az-a istinadən bildirir ki, buna səbəb Apple-nin Dark Sky adlı hava məlumatları tətbiqini satın almasıdır.

Bu barədə Dark Sky rəsmiləri bloq hesablarında məlumat veriblər.

Məlumatda Apple-ın köməyi ilə tətbiqin daha çox istifadəçiyə çatdırılacağı bildirilib.

Qeyd edilib ki, Dark Sky artıq Android istifadəçiləri üçün mövcud olmayacaq. Hazırda Dark Sky işlədən Android istifadəçiləri isə bu tətbiqdən iyulun 1-nə qədər yararlana biləcəklər.
Geri dön