Ana Sayfa > Manşet > Hava ilə bağlı növbəti xəbərdarlıq

Hava ilə bağlı növbəti xəbərdarlıq


4-04-2020, 14:54. Yazar: sevinc1
Hava ilə bağlı növbəti xəbərdarlıq






Aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Aia.az-a daxil olan məlumata görə, Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Geri dön