Ana Sayfa > Aia TV > Türkiyədə daha bir məşhur koronavirusa yoluxdu

Türkiyədə daha bir məşhur koronavirusa yoluxdu


3-04-2020, 14:17. Yazar: sevinc1
Türkiyədə daha bir məşhur koronavirusa yoluxdu





“Erkenci Kuş”, “Çocuk”, “Mucize Doktor” kimi seriallarda rol alaraq populyarlıq qazanan aktrisa Cansın Çekili COVİD- 19 epidemiyasına yoluxub.

Aia.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib: “20 gündür alergiyamın olduğunu düşünürdüm. Keçən həftə xəstəxanaya getdim, edilən testin nəticəsi pozitiv çıxdı.

Çevrəmdən, ətrafımdan təcrid olunmuşam. Xəstəlik çox çətin və yorucu bir şeydir. Öskürməkdən sinəm ağrıyır. Çox sevdiyim şokodalın dadını ala bilmirəm. Qoxubilmə qabiliyyətim də itib. Səhhətinizə diqqət edin”.




Geri dön