Ana Sayfa > Media > “Tesla”nın səhmlərinin dəyəri sürətlə artır
“Tesla”nın səhmlərinin dəyəri sürətlə artır3-04-2020, 14:13. Yazar: sevinc1 |
İlin birinci kvartalında “Tesla” şirkəti 102,670 elektromobil istehsal edib, 88,400 elektromobil isə müştərilərinə çatdırılıb. Aia.az xəbər verir ki, bu barədə “Tesla” şirkətinin yayımladığı press-relizdə hesabat verilib. Koronavirus pandemiyasına baxmayaraq, “Tesla” şirkətinin elektromobil çatdırılmalarında keçən ilin birinci kvartalı ilə müqayisədə 40%-lik artım müşahidə olunub. Hesabat verildikdən sonra “Tesla” şirkətinin səhmləri cümə axşamı elektron ticarətdə 17%-ə qədər dəyər qazanıb. Ümumilikdə son 12 ayda “Tesla”nın kapitallaşmasının 59% artdığı bildirilib. Geri dön |