Ana Sayfa > Parlament > İtaliyada koronavirus qurbanlarının ümumi sayı 13 mini ötüb
İtaliyada koronavirus qurbanlarının ümumi sayı 13 mini ötüb2-04-2020, 11:58. Yazar: sevinc1 |
İtaliyada yeni koronavirusun səbəb olduğu xəstəlikdən və onun fəsadlarından ölənlərin sayı sutka ərzində 727 nəfər təşkil edərək 13155 nəfərə çatıb. Aia.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib. A.Borrelli deyib: "Sağalanların sayı 16,847 nəfərə çatıb. Bu göstərici ötən günə nisbətən 1 118 nəfər çoxdur. Ölənlərin sayı - 727 nəfərdir. Hal-hazırda 80 572 nəfər yoluxub ki, bu da ötən günə nisbətən 2 937 nəfər çoxdur". Epidemiyanın başlandığından bəri yoluxanların, o cümlədən ölü və müalicə olunanların ümumi sayı 110 574 nəfər təşkil edib. Geri dön |