Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Baş həkimin istirahət xərcləri, satılan dərmanlar, icra başçısı üçün tikilən villa...
Baş həkimin istirahət xərcləri, satılan dərmanlar, icra başçısı üçün tikilən villa...9-07-2015, 17:51. Yazar: admin |
Dövlətin sosial siyasəti Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkiminin biznesinə çevrilib Dövlətin dərmanlarını satan Nürəngiz Bəşirovanın illik istirahət xərcləri isə təqribən 50 min manat təşkil edir. Hər il dövlət tərəfindən Xocavənd Səhiyyə İdarəsinə 250-300 min manatlıq dərman pereparatları və tibb ləvazimatları ayrılsa da, dövlətin bu sosial yardımından Xocavənd sakinləri yararlana bilmirlər. Aia.az xəbər verir ki, bu barədə Xocavənddən AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəngiz Bəşirovanın başı dövlətin Xocavənd səhiyyəsinə ayırdığı dərmanları və tibbi ləvazimatları satmağa qarışıb. Mənbə bildirir ki, bu çox xeyirli biznesdən baş həkim heç bir yatırım qoymadan, sadəcə dövlətin ayırdığı dərmanları müxtəlif rayonlarda satdırmaqla hər il təqribən 200-250 min manat təmiz gəlir əldə edir. Bu gəlirlərin bir hissəsini Səhiyyə Nazirliyinə, bir hissəsini icra başçısına ötürən baş həkim üçünsü payı özünə götütür. Satılan dərmanlar isə bir qayda olaraq sənədlərdə xəstəxana və tibb məntəqələrinə verildiyi göstərilir. Əslində isə xəstəxana və tibb məntəqələrində ən adi təcili yardım dərmanları və ləvazimatları tapılmır. Nəzərə alınmalıdır ki, Xocavənd rayonu birbaşa cəbhə bölgəsi hesab olunur və ekstirmal şəraitdə hər an təcili tibbi yardıma ehtiyac ola bilər. Qeyd edək ki, son 3 ildə Xocavənd rayon Mərkəzi Xəstəxanasına üst-üstə 1 milyon manatdan çox dərman pereparatları və tibb ləvazimatı ayrılıb. Əhalisinin sayına görə ölkədə sonuncu yerə tutan Xocavənd rayonu səhiyyə xərcəlidiyi vəsaitə isə bir çox böyük rayonları qabaqlayır. Bu da təbii ki, Xocavənd rayonunun birbaşa düşmənlə təmas xəttində yerləşməsi ilə əlaqəlidir. Lakin çox təəssüf ki, Nurəngiz Bəşirova həmin dərmanları öz apteklərində sataraq, dövlətin sosial siyasətini məhv edir. Və düşünür ki, ekstrimal şərait olduqda ehtiayc olan dərmanları apteklərdən götürə bilər. Mənbə qeyd edir ki, baş həkim dəfələrlə özü deyib ki, apteklərdə kifayət qədər dərman həmişə olur. Lazım olanda apteklərdəki dərmanları yerinə qaytarmaq elə də problem deyil. AzMedia.info saytını məlumatlandıran mənbə bildirir ki, dövlətin ayırdığı dərmanları və tibb ləvazimatlarını satmaqla böyük qazanclar əldə edən Nürəngiz Bəşirova dərman biznesini daha da böyüdür. Belə ki, baş həkim Xocavənd xəstəxanasının yanında, Beyləqan və Ağcabədi rayonlarında apteklər açıb. Həmin apteklərdə satılandərmanların əksəriyyəti isə dövlət tərəfindən Xocavənd rayon Səhiyyə İdarəsinə ayrılan dərmanlar və tibb ləvazimatlarıdır. Qeyd edək ki, Nurəngiz Bəşirova bu yolla həm dövləti talayır, həm də dövlətdən külli miqdarda vergi gizlədir. Mənbə bildirir ki, əgər Nurəngiz Bəşirovanın apteklərində yoxlama aparılsa, məlum olar ki, həmin apteklərdəki dərmanların 90 faizi sənədləşdirilməyib. Bizim apardığımız araşdırmada məlum oldu ki, Xocavənd Səhiyyə İdarəsinin tərkibində olan Kurapatkin, Əmirallar, Qaradağlı, Muğanlı, Axullu, Günəşli, Xətai, və Tuğ kəndlərdəki tibb məntəqələri əslində formal olaraq fəaliyyət göstərir. Bu kəndlərdə tibb məntəqələrində işləyən bir çox tibb bacılarının və digər personalların sadəcə adları var. Yəni ortada çox ciddi şəkildə şişirdilmiş ştatlar var ki, bu ştalar da rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun birbaşa tapşırığına əsasən rayln Maliyyə İdarəsi tərəfindən açılıb. Yfni baş həkim icra başçısı ilə əlbir şəkildə faktiki olaraq dövlət büdcəsini talan etməklə məşğul olurlar. Bu isə o anlama gəlir ki, rayon xəstəxanasının baş həkimi Nürəhgiz Bəşirova icra başçısı Eyvaz Hüseynovla birlikdə mükəməl korrupsiya sistemi yaradıb. Belə ki, Nürəngiz Bəşirovanın hamisi olan icra başçısı hər zaman ona bütün dəstəyi verir. Məhz Səhiyyə Nazirliyinə edilən çox saylı şikayətlərin qarşısının alınması və baş həkimin vəzifədə qalaraq çox rahat şəkilədə korrupsiya fəaliyyətini davam etdirməsinin tək səbəkarı məhz Eyvaz Hüseynovdur. Qeyd edək ki, icra başçısının bu «qəhrəmanlğının» əvəzində isə Nürəngiz xanım ona Şamaxı rayonunda villa tikdirir. Həmin villarnın yanıda isə xanım baş həkim özünə də villa tikdirir. Mənbə həmçinin onu da bildirirki, Nurəngiz Bəşirova hər il müxtəlif fəsillərdə xaricə istirahət etməyə gedir. Baş həkimin hər istirahətinin hesabı isə 20 min manatdan artıq olur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri dön |