Ana Sayfa > Dünya > Fransada koronavirus pandemiyasının pik dövrü başlayıb
Fransada koronavirus pandemiyasının pik dövrü başlayıb31-03-2020, 15:25. Yazar: sevinc1 |
Fransada COVID-19 epidemiyasının pik dövrü başlayıb. COVID-19 virusu epidemiyasından xəstəxanalarda ölənlərin sayı 3 mini keçib ki, bunlardan 418-i son 24 saatda qeydə alınıb. Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda ölkənin Səhiyyə naziri məlumat verib. Bildirib ki, xəstəxanalara 21 minə qədər xəstə yerləşdirilib, onlardan 5 min 56-sı reanimasiyadadır. Koronavirusa yoluxanların sayının 45 minə yaxın olduğu bildirilib. Xəstəxanalara yerləşdirilən xəstələr əsasən tənəffüs problemləri olanlardır. Tibb işçiləri arasında 717 nəfər koronavirusa yoluxub. Fransa Baş Naziri aprelin 15-dək vəziyyətin daha da çətin olacağı ilə bağlı əhalini xəbərdar edib. Geri dön |