Ana Sayfa > Dünya > Almaniyada yoluxma sayında sıçrayış

Almaniyada yoluxma sayında sıçrayış


31-03-2020, 15:19. Yazar: sevinc1
[img]https://img.milli.az/2020/03/31/837921.jpg[/img






Almaniyada koronavirusa yoluxanların sayı son 24 saat ərzində 4,615 nəfər artıb.

Aia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu açıqlama yayıb.

Ölkə üzrə ümumilikdə 66,885 nəfərin koronavirusa yoluxduğu bildirilib. Xəstəlik səbəbindən ölənlərin sayı isə 128 nəfər artaraq 645-ə çatıb.

Qeyd edək ki, buna qədər Almaniya Avropa ölkələri arasında koronavirusun yavaş artım tempi və sayca aşağı ölüm hallarına görə diqqət çəkirdi.
Geri dön