Ana Sayfa > İdman > "Klubu sevirəm, ancaq..."

"Klubu sevirəm, ancaq..."


30-03-2020, 19:40. Yazar: sevinc1
"Klubu sevirəm, ancaq..."





"Tottenhem"in hücumçusu Harri Keyn London təmsilçisindən ayrılacağı haqda xəbərlərə münasibət bildirib.

Aia.Az goal.az-a istinadən xəbər verir ki, ingilis hücumçu İnstagram hesabında Premyer Liqa klubundan ayrıla biləcəyini istisna etməyib:

"Məndən gələcəyim barədə tez-tez soruşurlar. Bu, konkret cavab verə bilməyəcəyim suallardan biridi. Klubu sevirəm, ancaq bir komanda olaraq və ya doğru istiqamətdə irəliləmədiyimizi hiss etsəm, o zaman burada qalmayacağam. Mən iddialı futbolçuyam".

Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Keyn 2009-cu ildən əsas komandada çıxış edir. Onun London klubu ilə 2024-cü ilin iyununa qədər müqaviləsi var.
Geri dön