Ana Sayfa > Manşet / Təhsil > Gəncə Dövlət Universiteti – saxta profillərdən olunan hücumlar uğurlarımızı əngəlləyə bilməz
Gəncə Dövlət Universiteti – saxta profillərdən olunan hücumlar uğurlarımızı əngəlləyə bilməz30-03-2020, 14:20. Yazar: sevinc1 |
Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırılmasından sonra Gəncə Dövlət Universitetində əyani təhsilin alternativi kimi onlayn dərslərin tətbiqinə başlanılıb Bu gün ölkənin sayılıb-seçilən, respublikanın təhsil sistemində kifayət qədər yüksək nüfuza sahib olan ali təhsil müəssisələrindən biri də Gəncə Dövlət Universitetidir. Zəngin ənənələri, şərəfli tarixi olan bu elm və təhsil ocağı indiyədək ölkəmizə minlərlə yüksək ixtisaslı peşəkar kadrlar vermişdir. Lakin təəssüflər olsun ki, bu universitetin uğurları öz daxillərində paxıllıq və qısqanclıq hisslərini yaşadan bəzi qüvvələri rahat buraxmır. Həmin qüvvələr saxta profillər yaradaraq kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə GDU-nun fəaliyyəti barədə əsassız və böhtan xarakterli məlumatlar yaymaqla universitetin işini əngəlləməyə çalışırlar. Belə cəhdlərin qarşısını almaq, Gəncə Dövlət Universitetində gedən mütərəqqi proseslərin əsil mahiyyətini ictimaiyyətə olduğu kimi təqdim etmək bir media orqanı olaraq bizim də borcumzdur. 2019/2020-ci tədris ilinin ilk yarısı uğurla başa çatıb Ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesilərinin dayandırılmasından bir gün öncə, mart ayının 2-də Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə ali təhsildə keyfiyyətin yaradılmasına, idarə edilməsinə və proqnozlaşdırılmasına, eləcə də keyfiyyətin qorunub saxlanmasında vacib amillərdən olan universitetdə əmək şəraitinin və daxili intizamın təşkilinə həsr olunan Elmi Şuranın növbəti iclası keçirilmişdi. İclasda tədris şöbəsinin müdiri Elturan Yusibov 2019/2020-ci tədris ilində keçirilən payız(qış) semestr imtahanlarının yekunu, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbə və digər ictimai təşkilatların gənclərin inkişafında rolu və qarşıda duran vəzifələr, İdman klubunun sədri Xəqani Umudov İdman klubunun 2018/2019-cu tədris ilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, cari tədris ilində bütün bu istiqamətlərdə əldə olunan uğurların sayı xeyli artmışdır. Bu baxımdan belə bir faktı xüsusi olaraq vurğulamaq istərdik ki, 2014-ci ildən Gəncə Dövlət Universitetinin rektoru vəzifəsində çalışan professor Yusif Yusibov kifayət qədər böyük elmi-pedaqoji təcrübəyə və ən əsası da hazırda rəhbərlik etdiyi ali təhsil ocağı ilə uzun illərdən bəri davam edən bağlantılara malik olan bir elm xadimidir. Məhz elə buna görə də hörmətli professorun bu vəzifədə fəaliyyəti artıq ilk günlərdən əsaslı islahatlarla əlamətdar ola bilib. Koronavirusa birlikdə qalib gələcəyik Məlum olduğu kimi, bu gün ölkəmizdə COVİD-19 – koronavirus pandemiyasının yayılmasına qarşı respublikamızda bir sıra qabaqlayıcı tədbirlər görülür. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli Sərəncamına əsasən koronavirus epidemiyasının yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə cari il martın 3-dən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılaraq qabaqlayıcı tədbirlərə başlanılmışdır. Lakin evdə qalmaq təhsildən qalmaq anlamına gəlməməlidir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırılmasından sonra Gəncə Dövlət Universitetində əyani təhsilin alternativi kimi onlayn dərslərin tətbiqinə başlanılıb. Hal-hazırda bu proses sosial media vasitəsilə həyata keçirilir. Mart ayının 17-dən başlayan dərslərin ilk günü tarix və fizika fənnləri ilə əlaqədar mövzulara toxunulub. Qarşıdan gələn günlərdə daha çox dərslərin təşkil olunması və daha çox ixtisaların əhatə olunması nəzərdə tutulub. Bu məqsədlə plan və dərs qrafiki də hazırlanıb. Dərslərin ilk günü Facebook sosial media proqramından istifadə olunsa da qarşıdakı günlərdə müxtəlif sosial media vasitəsilərinin istifadəsi ilə daha çox tələbə kütləsini əhatə etmək nəzərdə tutulur. Gördüyümüz kimi, Gəncə Dövlət Universiteti interaktiv formatda olsa da, öz fəaliyyətini davam etdirir. Bütün bunların müqabilində isə, yuxarıda da qeyd etdiyimiz kimi, bəzi qüvvələr bu fəaliyyəti əngəlləmək üçün dəridən-qabıqdan çıxırlar. Bu günlərdə redaksiyamızın elektron ünvanına Məmmədov imzası ilə daha bir məlumat daxil olmuşdu. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu profil də saxtadır və belə bir istifadəçi əslində mövcud deyil. Bu xüsusda həmkarlarımıza da tövsiyyə edirik ki, diqqətli olsunlar və daxil olan məlumatların yoxlanılmadan dərc olunması hallarına qətiyyən yol verməsinlər. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |