Ana Sayfa > Media > "Toyota" Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq
"Toyota" Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq30-03-2020, 13:38. Yazar: sevinc1 |
Yaponiyanın "Toyota" avtomobil şirkəti koronavirus pandemiyası ilə əlaqədar Avropa ölkələrindəki zavodlarının fəaliyyətini aprelin 20-dək bərpa etməyəcək. Aia.Az Trend-ə istinadən bildirir ki, söhbət Türkiyə, Portuqaliya, Böyük Britaniya, Polşa, Çexiya və Fransadakı zavodlardan gedir. Bu zavodlar martın 16-dan bağlanıb. Bundan başqa Sankt-Peterburqdakı zavod da martın 28-dən aprelin 5-dək işləməyəcək. Qeyd edək ki, ötən il "Toyota" Avropadakı zavodlarında 780 min avtomobil istehsal edib. Koronavirusla əlaqədar olaraq şirkət Şimali Amerika və Cənub-Şərqi Asiyada da istehsalı qismən dayandırıb. Geri dön |