Ana Sayfa > Karusel / İqtisadiyyat > "Şəxsi avtomobillərə benzin satılmayacaq?" - SOCAR-dan AÇIQLAMA

"Şəxsi avtomobillərə benzin satılmayacaq?" - SOCAR-dan AÇIQLAMA


30-03-2020, 12:45. Yazar: sevinc1
"Şəxsi avtomobillərə benzin satılmayacaq?" - SOCAR-dan AÇIQLAMA


Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

AIA.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumatında deyilir:

"SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”.
Geri dön