Ana Sayfa > Parlament > Ağdamda 21 yaşlı gənc həmyerlisini bıçaqladı
Ağdamda 21 yaşlı gənc həmyerlisini bıçaqladı28-03-2020, 14:14. Yazar: sevinc1 |
Ağdamda bıçaqlanma hadisəsi baş verib. Aia.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqlanıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E. Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri dön |