Ana Sayfa > İdman > De Xeadan ölkəsinə 300 minlik yardım
De Xeadan ölkəsinə 300 minlik yardım27-03-2020, 19:37. Yazar: sevinc1 |
"Mançester Yunayted"in qapıçısı David de Xea koronavirus pandemiyası ilə mübarizədə ölkəsinə dəstək olub. Aia.Az qol.az-a istinadən xəbər verir ki, ispan qapıçı doğulduğu Madrid şəhərindəki səhiyyə təşkilatına 300 min avro bağışlayıb. Bu məbləğin tibbi ləvazimatların alınmasına və şəhərin yoxsul sakinlərinə kömək etmək üçün xərclənəcəyi bildirilib. Bu, De Xeanın ilk nəcib addımı deyil. O, ötən ilin sentyabrında İspaniyanın Alikante vilayətindəki daşqın zamanı ölənlərin ailələlərinə 200 min avro maddi yardım göndərmişdi. Qeyd edək ki, İspaniya koronovaris qurbanlarının sayında artıq epidemiyanın yarandığı Çini geridə qoyub. Geri dön |