Ana Sayfa > Manşet > Nazirlikdən hava ilə bağlı xəbərdarlıq

Nazirlikdən hava ilə bağlı xəbərdarlıq


27-03-2020, 19:19. Yazar: sevinc1
Nazirlikdən hava ilə bağlı xəbərdarlıq




Ölkə ərazisində hava şəratinin dəyişəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aia.az-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, martın 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.
Geri dön