Ana Sayfa > İdman > "Qalatasaray"da daha bir koronavirus şoku

"Qalatasaray"da daha bir koronavirus şoku


27-03-2020, 14:20. Yazar: sevinc1
"Qalatasaray"da daha bir koronavirus şoku





"Qalatasaray"da daha bir nəfərdə koronavirus aşkarlanıb.

Aia.az apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin vitse-prezidenti Yusuf Günay sosial şəbəkə vasitəsilə bu xəstəliyə yoluxduğunu bildirib.

Klub rəsmisi testin cavabının müsbət çıxdığını vurğulayıb: "Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdır, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm".

Qeyd edək ki, "Qalatasaray"ın digər vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.
Geri dön