Ana Sayfa > Parlament > Bərdədə 23 yaşlı qadını əri qətlə yetirdi
Bərdədə 23 yaşlı qadını əri qətlə yetirdi26-03-2020, 15:38. Yazar: sevinc1 |
Bərdədə uşaq poliklinikasının həyətində dəhşətli qətl hadisəsi törədilib. Aia.az xəbər verir ki, 23 yaşlı Zamanova Zülfiyyə Həbib qızı qardaşının gözü önündə 32 yaşlı həyat yoldaşı Zamanov İsmət Bəhmən tərəfindən qətlə yetirilib. Həyat yoldaşı qadına 4 bıçaq zərbəsi vurub. Qətlin ailə münaqişəsi – qısqanclıq zəmnində törədildiyi bildirilir. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Geri dön |