Ana Sayfa > İdman > 8 klub 'Mançester Siti'nin Çempionlar Liqasına buraxılmamasını tələb etdi

8 klub 'Mançester Siti'nin Çempionlar Liqasına buraxılmamasını tələb etdi


25-03-2020, 16:00. Yazar: sevinc1
8 klub 'Mançester Siti'nin Çempionlar Liqasına buraxılmamasını tələb etdi





İngiltərə Premyer Liqasında çıxış edən 8 klub “Mançester Siti”nin Çempionlar Liqasına buraxılmaması istəyi ilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Aia.az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, həmin klublar turnir cədvəlinin yüksək pillələrində yer alan “Liverpul”, “Lester”, “Çelsi”, “Mançester Yunayted”, “Vulverhempton”, “Arsenal”, “Tottenhem” və “Börnli”dir. Bu komandalar “şəhərlilər”in ən azı bir klubun Çempionlar Liqasından kənarda qalması hesabına kifayət qədər qayda pozduğunu bildiriblər.

Qeyd edək ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Arbitraj Palatası fevralın 14-də “Mançester Siti”nin qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakdan kənarlaşdırılmasına qərar verib. Klub bu pozuntulara 2012 – 2016-cı illərdə yol verib. “Şəhərlilər”ə 30 milyon avro məbləğində cərimə kəsilib. CAS klubun apellyasiyasını fevralın 26-da alıb.
Geri dön