Ana Sayfa > Siyasət / Aia TV / Karusel > YAP AXCP-də baş verənlərə münasibət bildirib

YAP AXCP-də baş verənlərə münasibət bildirib


9-07-2015, 17:43. Yazar: admin
YAP AXCP-də baş verənlərə münasibət bildirib


"Azərbaycan Xalq Cəbhəsi Partiyası bir təşkilat kimi fəaliyyət göstərmir. Partiya üzvləri bir nəfərin AXCP-ni monopoliyaya almasını qəbul etmirlər. Ona görə də partiya dağılır"

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

YAP rəsmisi qeyd edib ki, bu gedişlə AXCP qurultay keçirə bilməyəcək: "Payıza qədər fəaliyyət göstərə bilsələr, böyük işdir. Orada adam qalmayıb ki... Rəhbər strukturlarda Əli Kərimlinin qohumları, cangüdəni, sürücüsü təmsil olunur. Kimlərlə qurultay keçirəcəklər? Partiyanın rayon təşkilatları, rəhbərlikdə olan insanlar istefa verirlər. Orada tanınan siyasətçi qalmayıb".

S.Novruzov bildirib ki, son istefalar AXCP-nin bu il keçiriləcək parlament seçkilərində də məğlub olacaqlarını göstərir: "Partiya seçkiyə hazırlaşmır. Onlar seçkidə iştirak etməyəcək, sadəcə, seçki prosesinə ləkə vurmağa çalışacaqlar. Bu barədə onlara bəzi mərkəzlərdən göstəriş verilib. Bilirsiz ki, AXCP həmin təşkilatlara donos verməklə məşğuldur. Əli Kərimli təşkilatı bütün seçkilərdə uduzub, bunu özləri də bilirlər. Qələbə qazanacaqlarına inanmadıqları üçün seçki prosesinə kölgə salmağa çalışırlar".

O, son zamanlar AXCP rəhbərliyindəki şəxslərin partiyadan kənarlaşdırılmasına da münasibət bildirib: "Azərbaycanlı olan şəxs ayrı-ayrı xarici təşkilatların, o cümlədən ermənipərəst qüvvələrin maliyyəsi ilə fəaliyyət göstərən təşkilatda qala bilməz. Onlar başa düşürlər ki, bu təşkilatda fəaliyyət göstərmək xalqa, dövlətçiliyə qarşı olmaqdır".
Geri dön