Ana Sayfa > Karusel / Ölkə > Qalmaqallı prodüser də koronavirusa yoluxdu

Qalmaqallı prodüser də koronavirusa yoluxdu


23-03-2020, 15:43. Yazar: sevinc1
Qalmaqallı prodüser də koronavirusa yoluxdu





Təcavüz və cinsi zorakılıqda təqsirləndirilərək 23 il müddətində azadlıqdan məhrum edilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin koronavirusa yoluxduğu iddia edilir.

Aia.Az BBC-yə istinadla xəbər verir ki, həbsxanada olan prodüserin koronavirus test nəticəsi müsbət çıxıb. O, hazırda karantinə alınıb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 339234 nəfər yoluxub. 14703 nəfər bu virusdan ölüb, 99014 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.
Geri dön