Ana Sayfa > İdman / Aia TV / Karusel > "Qarabağ" Riçard Almeydanı itirdi

"Qarabağ" Riçard Almeydanı itirdi


22-02-2016, 12:49. Yazar: admin

Azərbaycan Premyer Liqasının XXII turunun oyunları iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Aia.az Milli.Az-a istinadən bildirir ki, çempionatın lideri "Qarabağ" daha ciddi itki ilə üzləşib.

Ağdam təmsilçisi Premyer Liqanın bombardiri Riçard Almeydanın xidmətindən məhrum olub. Buna səbəb braziliyalı yarımmüdafiəçinin mövsümdə 4-cü dəfə sarı vərəqə almasıdı.

"Neftçi" ilə ev oyununda (2:0) cəzalanan Almeyda XXIII turu buraxmalı olacaq. O, "İnter"lə səfər matçına çıxa bilməyəcək.

AZAL isə Tural Hümbətovu itirib. "Sumqayıt"la səfər matçında sarı vərəqə alan futbolçu xəbərdarlıq sayını 4-ə çatdırıb.

Lakin onun yoxluğu "təyyarəçilər" üçün ciddi itki sayılmamalıdı. Çünki AZAL növbəti turda çempionatın autsayderi "Rəvan"ı qəbul edəcək.
Geri dön