Ana Sayfa > Manşet / Dünya > Rusiya kriminal aləminin liderinin ailəsi koronavirusa yoluxdu

Rusiya kriminal aləminin liderinin ailəsi koronavirusa yoluxdu


22-03-2020, 19:54. Yazar: sevinc1
Rusiya kriminal aləminin liderinin ailəsi koronavirusa yoluxdu




Rusiyanın bir nömrəli kriminal avtoriteti, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun ailəsi koronavirusa yoluxub.

Aia.az-ın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, “vor-zakon”un həyat yoldaşı Marina Qoldberq və 15 yaşlı oğlu Daniel infeksiyaya görə analiz veriblər, cavab isə pozitiv çıxıb.

Hazırda onlar Şakronun Moskva yaxınlığındakı malikanəsində, təcrid edilmiş otaqda müalicə olunurlar.

Qeyd edək ki, “qanuni oğru”nun özü hazırda həbsxanadadır. O, 2018 -ci ildə iki cinayətdə təqsirli bilinərək haqqında həbs qərarı verilib.

aia.az
Geri dön