Ana Sayfa > Karusel / Gündəm > Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn və elektron qaydada həyata keçirəcək

Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn və elektron qaydada həyata keçirəcək


19-03-2020, 11:41. Yazar: sevinc1
Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn və elektron qaydada həyata keçirəcək


Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin təşkil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2020-ci il 16 mart tarixli məktubu ilə verilmiş tapşırıqlara əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Cəmiyyətin tabeli qurumlarında vətəndaş qəbulu onlayn və elektron qaydada həyata keçiriləcək.
Vətəndaşların müraciətləri elektron, onlayn qaydada və telefon rabitəsi vasitəsilə fasiləsiz cavablandırılacaq.
Vətəndaşların müraciətləri cəmiyyətin (012) 498-15-84 və (012) 498-47-64 telefon nömrələri vasitəsilə qəbul ediləcək və cavablandırılacaq.
Bununla yanaşı, vətəndaşlar cəmiyyətin www.mst.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.
Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılacaq.
Bundan əlavə, martın 20-28-də Cəmiyyətin rəhbərliyi növbəlilik əsasında fasiləsiz iş rejimində çalışacaq.

AİA.Az
Geri dön