Ana Sayfa > Gündəm > Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib
Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib17-03-2020, 17:24. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Trend-in məlumatına görə, sərəncamla Hökumət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir: Komissiyanın həmsədri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Komissiyanın üzvləri Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Təhsil nazirinin müavini Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri”. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərməlidir. aia.az Geri dön |