Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan nefti kəskin ucuzlaşdı17-03-2020, 11:36. Yazar: sevinc1 |
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 29,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,77 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 27,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,42 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 22,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,14 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 27,85 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,9 dollar/barel azdır. aia.az Geri dön |