Ana Sayfa > Manşet / Gündəm > Deputat Bakıya giriş-çıxışın bağlanması təklifinə qarşı çıxdı, həmkarını qınadı
Deputat Bakıya giriş-çıxışın bağlanması təklifinə qarşı çıxdı, həmkarını qınadı17-03-2020, 10:43. Yazar: sevinc1 |
![]() "Milli Məclisin beşinci çağırışında bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsi hazırdır”. Oxu.Az-ın məlumatına görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, Rəqabət Məcəlləsi altıncı çağırış parlamentin gündəliyinə salınmalıdır. "Rəqabət Məcəlləsi qəbul edilsə, sahibkarlıq daha da inkişaf edər. Ancaq görünür ki, bəzi məmurlar Rəqabət Məcəlləsinin qəbul edilməsinə qarşıdır”, - deyə V.Əhmədov bildirib. Deputat Azərbaycanda koronavirusla bağlı vəziyyətə də toxunub. "Deputat Fazil Mustafa təklif edir ki, Bakıya giriş-çıxış bağlansın. Bu nə deməkdir? Bakıya gündəlik kənd təsərrüfatı məhsulları bölgələrdən gəlir”, - deyə V.Əhmədov söyləyib. aia.az Geri dön |