Ana Sayfa > Gündəm > DSX-nın Sərhəd Nəzarətində "qaynar xətt" yaradılıb
DSX-nın Sərhəd Nəzarətində "qaynar xətt" yaradılıb17-03-2020, 09:59. Yazar: sevinc1 |
![]() Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində 16-58 qısa nömrəli "qaynar xətt" xidməti fəaliyyətə başlayıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən aia.az-a bildirilib ki, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün - 16-58 təyin edilib. aia.az Geri dön |