Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Azərbaycanda indiyədək koronavirus aşkarlanmayan 711 nəfər karantindən evə buraxılıb -

Azərbaycanda indiyədək koronavirus aşkarlanmayan 711 nəfər karantindən evə buraxılıb -


16-03-2020, 18:00. Yazar: sevinc1
Azərbaycanda indiyədək koronavirus aşkarlanmayan 711 nəfər karantindən evə buraxılıb -



Azərbaycanda indiyə qədər koronavirus aşkarlanmayan 711 nəfər karantindən evə buraxılıb.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, hazırda karantində 560 nəfər var:

"Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik. Bu günə qədər 4200-ə qədər müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və sağalaraq evə buraxılıblar".

R.Bayramlı bildirib ki, Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.


aia.az
Geri dön