Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda manatın dəyərdən düşməsi üçün heç bir təhlükə yoxdur -

Azərbaycanda manatın dəyərdən düşməsi üçün heç bir təhlükə yoxdur -


16-03-2020, 12:46. Yazar: sevinc1
Azərbaycanda manatın dəyərdən düşməsi üçün heç bir təhlükə yoxdur -


Azərbaycanda manatın dəyərdən düşməsi üçün heç bir təhlükə yoxdur. Dövlət tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, koronavirus dünyada ümumi iqtisadi inkişaf tempinə mənfi təsir göstərə bilər: “Lakin Azərbaycanda keçirilən qabaqlayıcı tədbirlər nəticəsində nəinki iqtisadi tempimiz aşağı düşəcək, əksinə bu temp artacaq”.

Komitə sədri qeyd edib ki, dövlət vətəndaşının bütün qayğıları, eləcə də sahibkarların narazılıqlarının qarşısının alınması üçün bütün tədbirləri görür: “Bildiyiniz kimi, ölkəmizdə “Əmanətlərin sığortalanması” haqqında qanun qəbul edildi. Bundan sonra da bu istiqamətdə addımlar atılacaq”.


aia.az
Geri dön