Ana Sayfa > Manşet / Səhiyyə > Məşhur həkim koronavirusdan bizi qoruyacaq vitamini

Məşhur həkim koronavirusdan bizi qoruyacaq vitamini


16-03-2020, 09:49. Yazar: sevinc1
Məşhur həkim koronavirusdan bizi qoruyacaq vitamini


Koronavirus ilk növbədə immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. İmmuniteti gücləndirmək və gigiyena qaydalarına diqqətlə riayət ətmək koronavirusdan və onun fəsadlarından qoruyan əsas amillərdir.

Bunu almaniyalı həkim Mixael Feld "Bild” nəşrinə açıqlayıb.

Mütəxəssisin koronavirusa qalib gəlmək üçün tövsiyyələrini sizə təqdim edirik:

Açıq havada gəzin. Bu ağciyərlərin fəaliyyətini və bu orqanın qan dövranını yaxşılaşdırır ki, nəticədə pnevmoniyanın riskini azalır.

D vitaminini qəbul edin. Bu vitamin immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan maddədir. Soyuq fəsillərdən sonra orqanizmdə D vitamininin səviyyəsi aşağı olur və bu insanların soyuqdəymə və müxtəlif viruslara tutulmasının artmasına gətirib çıxardır. Almaniyalı həkim çöldə az vaxt keçirən insanlara əlavə D vitaminini qəbul etməyi tövsiyə edir.

Kifayət qədər yatın və dincəlin. Gecə yuxusu 8 saata yaxın olmalıdır. Normal yuxu immun sistemini möhkəmləndirir.

Qidalanmanızda zülal, vitamin və minerallarla zəngin olan məhsulları artırın. İmmun sisteminin hüceyrələri (immunoqlobulinlər) zülallardan sintez olunur. Vitamin və minerallar isə immun sisteminin daha fəal işləməsini təmin edir. İmmun sisteminin fəaliyyəti üçün ən vacib vitamin və minerallar bunlardır: A, D, B12, selen və sink.

aia.az
Geri dön