Ana Sayfa > Karusel / Gündəm > Yaxın günlərdə Bakı dairəvi dəmir yolu tam istifadəyə verilə bilər

Yaxın günlərdə Bakı dairəvi dəmir yolu tam istifadəyə verilə bilər


13-03-2020, 16:49. Yazar: sevinc1
Yaxın günlərdə Bakı dairəvi dəmir yolu tam istifadəyə verilə bilər


Novruz bayramına qədər Bakı dairəvi dəmir yolu tam istifadəyə verilə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Zaman Novruzov bildirib. Onun sözlərinə görə, hazırda bu marşrut üzrə hərəkətdə olan qatarın son dayanacağı Pirşağı stansiyasıdır:

“Hazırda Bakı dairəvi dəmir yolunda hərəkət edən sərnişin qatarı Pirşağıya qədər hərəkət edir, Novruz bayramına qədər Fatmayi-Goradil, Novxanı dayanacaqlarının da istifadəyə verilməsi gözlənilir”.

Z.Novruzov qeyd edib ki, bu dayanacaqlar istifadəyə verildikdən sonra Bakı dairəvi dəmir yolu tam olaraq fəaliyyət göstərəcək.

Xatırladaq ki, Bakı dairəvi dəmir yolu xəttinin ümümi uzunluğu 91 km-i əhatə edir.

aia.az
Geri dön