Ana Sayfa > Siyasət > Azərbaycanın işğal olunmuş ərazilərinin hüquqi statusu ilə bağlı qanun qəbul olunmalıdır -
Azərbaycanın işğal olunmuş ərazilərinin hüquqi statusu ilə bağlı qanun qəbul olunmalıdır -13-03-2020, 14:36. Yazar: sevinc1 |
Azərbaycanın işğal olunmuş ərazilərinin hüquqi statusu ilə bağlı qanun qəbul olunmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. O bildirib ki, dünyanın bir sıra ölkələrində analoji qanun qəbul olunub: “Bizim işğal olunmuş ərazilərimizdə xarici şirkətlər işləyir və orada sponsorluq edirlər. Ona görə də həmin ərazilərin hüquqi statusuna dair qanunun qəbul edilməsinə böyük ehtiyac var”. Geri dön |