Ana Sayfa > Karusel / Parlament > Ağcabədidə oğlunu öldürən ata həbs edildi
Ağcabədidə oğlunu öldürən ata həbs edildi13-03-2020, 11:26. Yazar: sevinc1 |
![]() Fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağcabədi rayon Prokurorluğundan aia.az -a verilən məlumata görə, istintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. aia.az Geri dön |