Ana Sayfa > Aia TV / Şou-biznes > Sədaqət Rəşidqızı “İlin işgüzar xanım”ları seçdi
Sədaqət Rəşidqızı “İlin işgüzar xanım”ları seçdi13-03-2020, 10:59. Yazar: sevinc1 |
Hər il ənənəvi olaraq “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə “İlin işgüzar xanımı” Müstəqil Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. aia.az xəbər verir ki, təşkilatçısı Sədaqət Rəşidqızının və “Mətbuat firması”nın təsis etdiyi tədbirdə il ərzində müxtəlif sahələrdə öz sözünü demiş xanımlara mükafat təqdim olunub. Tədbirin aparıcılıq missiyasını Sədaqət Rəşidqızı və Zabir Əliyev həyata keçiriblər. Mərasimdə xanımlara əsl bayram əhval-ruhiyyəli proqram təqdim edilib. Bu ildə tədbirdə millət vəkili Qənirə Paşayeva, Xalq artisti Məleykə Əsədova, Əməkdar artisti Dilarə Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, stilist - rəssam Bahar Sadıqova, stilist Nigar İbrahimova, aparıcılar Samirə Rəhimova, İlhamiyyə Rza, filologiya üzrə fəlsəfə doktorları Fəridə Hicran, 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Güllü Əhmədova və iş həyatında uğurlar qazanmış digər xanımlar “İlin işgüzar xanımı” adına layiq görülüblər. Tədbirdə "La Boutigue" mağazası tərəfindən iştirak edən bütün qonaqlara hədiyyələr təqdim olundu. Mükafatlandırma mərasimində müğənnilər də çıxış edib və onları musiqi töhvələri ilə təbrik ediblər. Qeyd edək ki, sözügedən mükafatlandırma mərasimi 14 ildir baş tutur. aia.az Geri dön |