Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycan ÜST-dən fərdi mühafizə cihazları alacaq
Azərbaycan ÜST-dən fərdi mühafizə cihazları alacaq13-03-2020, 10:24. Yazar: sevinc1 |
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xəstələri müalicə edən səhiyyə işçiləri və laboratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları alacaq. Trend-in məlumatına görə, bu, ÜST-ün martın 9-dan 13-dək Azərbaycanda səfərdə olan missiyasının hesabatında qeyd edilib. ÜST ekspertləri bildiriblər ki, Azərbaycan ÜST-ün laboratoriya müayinəsi testlərini alan 17 ölkədən biridir. Azərbaycana ilk test partiyası fevral ayında gətirilib. İkinci partiya isə hazırda göndərilməkdədir. Ölkə həmçinin ÜST-dən sərhəd bölgəsində COVID-19 şübhəsi olan və ya təsdiq edilən xəstələri müalicə edən səhiyyə işçiləri və labaratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları da qəbul edəcək. aia.az Geri dön |