Ana Sayfa > Ölkə > Femministlərin aksiyasının təşkilatçısı:

Femministlərin aksiyasının təşkilatçısı:


13-03-2020, 09:48. Yazar: sevinc1
Femministlərin aksiyasının təşkilatçısı:


Feministlərin Bakının mərkəzində - "Tarqovi”da martın 8-də "8 Marş – Bizimdir hürr küçələr” şüarı ilə keçirdiyi aksiyanın təşkilatçılarından olan Gülnarə Mehdiyeva açıqlama verib.

Pravda.az-ın xəbərinə görə, G.Mehdiyeva deyib ki, təşkil etdiyi aksiyalara kənar heç bir qüvvənin, heç bir müdaxilənin olmasına yol verməyib.

"Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusilə də o pişik orda yoxdursa.

Profilimin və teleqramımın qırılması birbaşa 8 mart yürüşü ilə əlaqəli idi.

Hamını özü kimi bilənlər bizim motivasiya mənbəyimizi, "arxamızda duranları" tapmağa çalışırdılar.

Zorakılıqdan əziyyət çəkən yox, zorakılığı törədən kəslər üçün təbii ki, bu cür etirazların səbəbi anlaşılmazdır.

Həqiqət budur ki, bizim motivasiya mənbəyimiz öz yaşadıqlarımız, şəxsi təcrübələrimizdir.

Mən təşkilatçılığında iştirak etdiyim bütün aksiyaların tərtəmiz qalması üçün əlimdən gələni etmişəm. Kənar heç bir qüvvənin, heç bir müdaxilənin olmasına yol verməmişəm.

Təşkilatçılığında mənim də olduğum aksiyalarda bu günə qədər belə olub və bu gündən sonra da:

- yalnız bəyanatlarında göstərilən səbəbləri rəhbər tutacaq;

- heç bir aksiya hansısa donordan və ya təşkilatdan maddi dəstək almayacaq;

- hər hansı xırda ehtiyaclarımız yaranarsa, fərdi şəxslərin kiçik və ağlabatan dəstəyi ilə həll ediləcək.

Hər nə olursa olsun, BİZİMDİR HÜRR KÜÇƏLƏR!” – G.Mehdiyeva qeyd edib.

aia.az
Geri dön