Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Gürcüstanda qalmaqal: Azərbaycanlı qız qaçırılıb

Gürcüstanda qalmaqal: Azərbaycanlı qız qaçırılıb


22-02-2016, 10:34. Yazar: admin
Gürcüstanda qalmaqal: Azərbaycanlı qız qaçırılıb
Hadisə ilə bağlı axtarış aparılmır.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində qız qaçırılması insidentə səbəb olub.

Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə fevralın 19-da baş verib.

Qaçırılan S. Bayramovanın valideynləri və qohumları hadisə ilə bağlı polisə müraciət edib, cinayət işi qaldırmağı və qızı qaçıranların həbs edilıməsini tələb ediblər.

Qaçırılan qızın valideynləri və yaxın qohumları bu gün polisin onların müraciətinə laqeyd yanaşdığını söyləyərək, Tiflis-Rustavi magistralını bağlamağa cəhd ediblər. Polisin yol patrul xidməti bu cəhdin qarşısını alıb.

Qaçırılan qızın anası Nailə Qurbanova Gürcüstanın “Rustavi-2” kanalına açıqlamasında övladının yeri barədə polisə məlumat verildiyinə baxmayaraq, hadisə ilə bağlı axtarış aparılmadığını bildirib.

Onun sözlərinə görə, qızı Marneuli rayonuna qaçırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən isə faktla bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi qaldırıldığı bildirilib.
Geri dön