Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Qaxda gənc qız burun əməliyyatında öldü
Qaxda gənc qız burun əməliyyatında öldü13-03-2020, 09:20. Yazar: sevinc1 |
Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, xəstə dünyasını dəyişib. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb. aia.az Geri dön |