Ana Sayfa > Karusel / Siyasət > Milli Məclis bu gün toplaşır -

Milli Məclis bu gün toplaşır -


13-03-2020, 09:00. Yazar: sevinc1
Milli Məclis bu gün toplaşır -



Bu gün VI çağırış Milli Məclisin növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxildir.

İclasda "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununlarına dəyişiklik edilməsi (ikinci səsvermə), “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı haqqında qanun layihəsi və Milli Məclisin 15 komitəsinin üzvlərinin seçilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, martın 10-da VI çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda Milli Məclisin yeni sədri, sədr müavinləri, komitə sədrləri və müavinləri seçilib.


aia.az
Geri dön