Ana Sayfa > Ölkə > Naxçıvanda qanunsuz yaşayan 20 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan 20 əcnəbi aşkarlanıb


12-03-2020, 15:29. Yazar: sevinc1
Naxçıvanda qanunsuz yaşayan 20 əcnəbi aşkarlanıb



Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 20 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

aia.az Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, fevral ayında xidmətə ümumilikdə, 512 müraciət daxil olub. Daxil olan müraciətlərdən 114-ü əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Müraciətlərin hər biri Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən ayrı-ayrılıqda araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 398 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 249-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

aia.az
Geri dön