Ana Sayfa > Manşet / Ölkə > Ağdaş və Göyçayda qazlaşdırma işlərinin davam etdirilməsinə 11,97 milyon manat ayrılıb –
Ağdaş və Göyçayda qazlaşdırma işlərinin davam etdirilməsinə 11,97 milyon manat ayrılıb –12-03-2020, 12:13. Yazar: sevinc1 |
Prezident İlham Əliyev “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. aia.az xəbər verir ki, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb. Ağdaş və Göyçay rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilib. Sıra №-si Ərazi vahidləri Ağdaş rayonu 1. Ağcaqovaq kəndi 2. Aşağı Qobuüstü kəndi 3. Eymur kəndi 4. Ərəbşəki kəndi 5. Hacılar kəndi 6. Qobuüstü kəndi 7. Malay kəndi 8. Mürsəl kəndi 9. Şıxlı kəndi 10. Yenikənd kəndi 11. Yuxarı Nemətabad kəndi Göyçay rayonu 1. Yenikənd kəndi aia.az Geri dön |