Ana Sayfa > Gündəm / Aia TV / Karusel > İcbari sığorta edənlərin nəzərinə: Bunu tələb edin - VİDEO

İcbari sığorta edənlərin nəzərinə: Bunu tələb edin - VİDEO


22-02-2016, 10:18. Yazar: admin
İcbari sığorta edənlərin nəzərinə: Bunu tələb edin - VİDEO
Sürücülər bonus prinsipinin imkanlarından istifadə edə bilmir.

Avtomobillərin icbari sığorta sahəsində bonus-manus, yəni mükafatlandırma və cərimələmə sistemi barədə dəfələrlə danışmışıq.

Aia.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, maraqlısı budur ki, bir çox sürücülər məhz onlara sərf edən bonus prinsipinin imkanlarından istifadə edə bilmir.

Səbəb isə sığorta şirkətlərinin, yaxud onların işçilərinin məsuliyyətsizliyidir.

Mədət Əmirli də bu cür halla rastlaşıb. Ona endirim edilməli olduğu halda, sığorta şirkəti bununla razılaşmayıb. Mədət bəyə əvvəlki kimi ödəməli olduğu bildirilib. Mədət Əmirli bu cür problemlə üzləşən yeganə sürücü deyil. Statistika göstərir ki, belə hallarla üzləşib hüququ tapdanan minlərlə sürücü var.

PİN kod dedikdə, söhbət şəxsiyyət vəsiqəsinin sağ küncündəki ,ən sonuncusu nəzərə alınmamaq şərti isə son 7 rəqəmdən gedir. Ona görə sürücülər özləri bu məsələdə sığorta şirkətlərinə və onların əməkdaşlarına qarşı daha tələbkar olmalıdır.

İndiyə qədər bu problemlə rastlaşanlar isə İcbari Sığorta Bürosuna müraciət edərək, öz hüquqlarını bərpa edə bilərlər.

Geri dön